12:20 - 22.05.2024
22 may, Fineko/abc.az. Sığorta sektoru hazırda iqtisadiyyatın ən dinamik inkişaf edən sahəsidir. Ötən il sığorta haqlarının həcmi rekord səviyyədə artaraq 1,2 milyard manatı ötüb.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Ziya Əliyev Bakıda keçirilən “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi konfransı”nda deyib.
O qeyd edib ki, hesabat dövründə sığortalanmış predmetlərin sayı 7 milyon 300 minə yaxın olub.
“Ötən il sığorta ödənişlərinin həcmi 600 milyon manata çatıb. Bu da sektorun əhalinin və biznesin zərərlərinin kompensasiyasında mühüm rol oynamağa başladığını göstərir. Sığorta təminatı verilən risklərin həcmi yarım trilyon manatı ötüb ki, bu da ÜDM-in dörd qatından çoxdur. Sığorta agentlərinin yeni nəslinin yetişdirilməsi hər zaman diqqətimizdədir”, - deyə baş direktor əlavə edib.
© Azertag.az
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
1 Oktyabr 2024
1 Oktyabr 2024
1 Oktyabr 2024
1 Oktyabr 2024
2 Oktyabr 2024