Rusiyalı alimlər şəkəri əvəz edə biləcək zülalları araşdırıblar

15:14 - 22.05.2024


22 may, Fineko/abc.az. Şirin dadı olan monelin və brazzein protein birləşmələri zəhərli, mutagen və onkogen deyil.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının professoru Maria Laqarkova deyib.

O bildirib ki, şirin protein genomu (brazzein, monelin) Mərkəzi Rusiyada yetişdirilə bilməyən meyvələrdə olur, lakin Rusiya biotexnoloqları bu cür zülalları mayada sintez etməyi və becərməyi bacarıblar.  
Onun sözlərinə görə, oxşar şirin protein — taumatin artıq bir neçə ölkədə qida sənayesinə daxil edilmişdir.