“WhatsApp” oxunmamış mesajları sıfırlayacaq

15:55 - 22.05.2024


22 may, Fineko/abc.az. “WhatsApp” oxunmamış mesajları “sıfırlayan” yeni funksiyanı işə salmağa hazırlaşır.

Bu yenilik xüsusilə qrup söhbətlərində fəal iştirak edən istifadəçilər üçün faydalı olacaq.

Qarşıdan gələn funksiya bildirişlərin daha məhsuldar idarə edilməsini təmin edəcək və daxil olan mesajları prioritetləşdirməyə imkan verəcək.

Hazırda yenilik inkişaf mərhələsindədir və Android əməliyyat sistemi ilə işləyən cihazlar üçün növbəti proqram yeniləməsində əlçatan olacaq.