“Sumqayıt Texnologiyalar Parkı” MMC-də yeni TƏYİNAT

10:08 - 23.05.2024


23 may, Fineko/abc.az. “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Audit Komitəsinə yeni üzv seçilib.

ABC.AZ xəbər verir ki, bu vəzifəyə “PMD Group” MMC-də çalışmış Səid Səidli təyin edilib.

S.Səidli bu vəzifənin icrasına 2024-cü ilin mayından başlayır.

O, hazırda 2020-ci ilin yanvarından “PMD Group” MMC-nin Daxili audit komitəsində çalışır.