İlham Əliyev Tacikistan prezidentini qəbul edib

10:53 - 23.05.2024


23 may, Fineko/abc.az. Azərbaycana dövlət səfərinə gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun mayın 23-də rəsmi qarşılanma mərasimi olub.

ABC.AZ xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verib. Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçdilər.