Azad olunmuş ərazilərin yenidən qurulmasına bir ildə bu qədər vəsait ayrılıb

11:36 - 23.05.2024


23 may, Fineko/abc.az. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ilin dövlət büdcəsindən cəm olaraq 5581,6 milyon manat vəsait ayrılıb.

ABC.AZ xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Bu vəsaitin 4800,0 milyon manatı və ya 86,0 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 145,4 milyon manatı və ya 2,6 faizi Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun, 138,9 milyon manatı (“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə uyğun olaraq 2023-cü il dövlət büdcəsinin bəzi xərclərinin icrası zamanı qənaət olunmuş vəsait hesabına dövlət büdcəsininehtiyat fonduna əlavə yönəldilmiş 136,5 milyon manat vəsait nəzərə alınmaqla) və ya 2,5 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 32,5 milyon manatı və ya 0,6 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 464,8 milyon manatı və ya 8,3 faizi dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclər hesabına ayrılmış vəsaitlərin payına düşür.