Rusiyada “muslim friendly” ekosistemi ilə “HalalCard” fintex startapı işə salınıb

12:02 - 23.05.2024


23 may, Fineko/abc.az. Rusiyada “muslim friendly” ekosistemi ilə “HalalCard” fintex startapı işə salınıb. Xidmət, Tatarıstan Respublikası müsəlmanlarının Ruhani İdarəsinin Teoloji orqanının təsdiqini alıb.

ABC.AZ xəbər verir ki, layihənin qurucuları arasında "Лови Cashback" fintex xidmətinin və MAIA AI startapının  həmtəsisçiləri İslam Əhmədşin və Timur Hakimov, YouDo-da FP&A istiqamətinin rəhbəri Artyom Miroşnikov, YouDo Business ticarət şöbəsinin müdiri İlya Sidorindir.

HalalCard mobil tətbiqetməsində hazırda iki xidmət mövcuddur: İslam ipotekası və sertifikatlı halal keşbek ilə debet kartı.