Ötən il büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar proqnozq qarşı az icra olunub

12:10 - 23.05.2024


23 may, Fineko/abc.az. Ötən il büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 857 milyon manat proqnoza qarşı icra 480,8 milyon manat və ya 376,2 milyon manat (43,9%) az olub.

ABC.AZ xəbər verir ki, bu Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.

Məlumata görə, proqnozun kəsrlə icra olunması vergi orqanlarının xətti ilə maliyyə sanksiyaları, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 11 aprel tarixli 1661 nömrəli Fərmanına müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satışı həyata keçirilən mənzillər, həmçinin bəzi təşkilatlar tərəfindən göstərilən xidmətlər üzrə daxilolmaların proqnozdan az olması və bu növ gəlirlərin dövlət büdcəsinin icrası zamanı gəlir və xərclərin uçotunda dəyişikliklər ilə əlaqədardır.