12:31 - 23.05.2024
23 may, Fineko/abc.az. 2023-cü ildə neft-qaz ÜDM-i 45 milyard 343,7 milyon manata bərabər olub, bu sektorda real ifadədə 1,8% azalma qeydə alınıb, bununla da neft-qaz sektoru iqtisadi artıma 0,9 faiz bəndi azaldıcı təsir edib.
ABC.AZ xəbər verir ki, bu barədə “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib. Hesabatda bildirilib ki, azalma neft hasilatı ilə bağlı olmuş, əmtəəlik qaz hasilatı illik ifadədə 4,2% artsa da, bu artım əmtəəlik neft hasilatının 7,6% azalmasını tam neytrallaşdırmaq üçün kifayət etməyib.
Yüksək neft-qaz qiymətləri fonunda dövlət büdcəsinin neft gəlirləri üzrə yüksək icra qeydə alınmış, neft-qaz sahəsində hasilatın pay bölgüsü üzrə podratçı təşkilatların ödədiyi mənfəət vergisi DVX xətti ilə təmin olunan neft gəlirlərinin 71,4%-ni təşkil edib. (Apa)
19 Mart 2025
19 Mart 2025
18 Mart 2025
18 Mart 2025
17 Mart 2025
17 Mart 2025
17 Mart 2025