“Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarlarının sayı artıb

14:11 - 23.05.2024


23 may,Fineko/abc.az. 2024-cü il yanvarın 1-nə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) 1 799 səhmdarı olub.

ABC.AZ bankın illik hesabatına istinadən xəbər verir ki,  bu, ötən il yanvarın 1-i ilə müqayisədə 22 səhmdar və ya 1,2% çoxdur.

Ötən il ABB-nin fiziki şəxs səhmdarlarının sayı 24 nəfər və ya 1,4% artaraq 1 759-dan 1783-ə çatıb, hüququ şəxs səhmdarlarının sayı isə 2 şəxs və ya  11,1% azalaraq 18-dən 16-ya enib.