Ötən il vergi borcları 2,8 milyard manatı keçib

14:16 - 23.05.2024


23 may, Fineko/abc.az. 2023-cü ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar üzrə borclar 2,8 milyard manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Bundan başqa, onun sözlərinə görə, ötən il artıq vergi ödəmələri isə 1,9 milyard manat olub.