Büdcədən bu Fondlara 212,5 milyon manat ayrılıb

14:58 - 23.05.2024


23 may, Fineko/abc.az. Azərbaycanın ötən il Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (Fond) və Azərbaycan-Qırğız İnkişaf Fondunun qurulmasına ayırdığı vəsait açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd edilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi məqsədilə 212,5 milyon manat (o cümlədən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (Fond) və Azərbaycan-Qırğız İnkişaf Fondu) ayrılıb.