Ən çox kriptovalyutası olan ölkələr - Siyahı

16:01 - 23.05.2024


23 may, Fineko/abc.az. “Altindex” ixtisaslaşdırılmış portalının tədqiqatçılarının hesablamalarına görə, 2024-cü ildə ABŞ-də təxminən 88 milyon insan kriptovalyutalardan (mal və xidmətlərə görə ödəniş, saxlama, investisiyalar, ticarət, köçürmələr və s.) istifadə edəcək.

ABC.AZ xəbər verir ki, bu, ötən illə müqayisədə 15 milyon nəfər çoxdur.

“Altindex”in tədqiqatçıları kriptovalyuta istifadəçilərinin sayının 2028-ci ilə qədər 100 milyonu keçəcəyini gözləyirlər ki, bu da ABŞ əhalisinin üçdə birini təşkil edir.

Altindex-ə görə, ABŞ-dən başqa, ən çox kriptovalyuta istifadəçisi olan ilk beş ölkəyə aşağıdakılar daxildir:

Rusiya (33 milyon nəfər)

Yaponiya (23 milyon)

Böyük Britaniya (20 milyon)

Almaniya (17 milyon)