Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini dəyişmədən 50% səviyyəsində saxlayıb

16:02 - 23.05.2024


23 may, Fineko/abc.az. Türkiyə Mərkəzi Bankı ikinci ay ardıcıl olaraq uçot dərəcəsini 50% səviyyəsində dəyişməz olaraq saxlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə tənzimləyicinin Pul Siyasəti Şurasının iclasının nəticələrinə dair məlumatında deyilir.

Tənzimləyicinin qərarı, Türkiyə Mərkəzi Bankının analitiklərin fikirləri ilə üst-üstə düşdü, belə ki, onlar hesab edirlər ki, dərəcə payızda dəyişəcək. Mərkəzi Bankın məlumatında deyilir ki,"aprel ayında aylıq inflyasiyanın əsas tendensiyası bir qədər zəiflədi və son göstəricilər birinci rüblə müqayisədə daxili tələbin yavaşladığını göstərir". Eyni zamanda, qeyd edildiyi kimi, aprel ayında istehlak mallarının idxalı artmışdı və bu da cari ödənişlər hesabının balansının yaxşılaşdırılmasını məhdudlaşdırdı.