16:23 - 23.05.2024
23 may, Fineko/abc.az. Avropada qazın birja qiyməti 2023-cü ilin dekabrından etibarən ilk dəfə 1 min kubmetrə 2023 dolları keçib.
ABC.AZ xəbər verir ki, bu barədə London ICE birjasının məlumatlarında deyilir. Günün əvvəlindən ümumi qiymət artımı təxminən 4%-dir.
Hollandiyadakı TTF mərkəzində iyun fyuçerslərinin dəyəri 1 min kubmetrə təxminən 401 dollara və ya MVt·saat üçün 35,76 avroya yüksəldi (cari avro-dollar məzənnəsinə əsasən, ICE qiymətləri MVt·saat üçün Avro ilə göstərilib).
May ayında AB-nin elektrik enerjisi istehsalında külək generatorunun payı yalnız 14%-dir ki, bu da 2023-cü ilin sentyabrından etibarən ən aşağı göstəricidir. Bundan əlavə, Norveçdəki qaz obyektlərində bir neçə təmir ( bu ölkə bu gün Avropaya 30% payı olan əsas qaz tədarükçüsüdür) qazın qiymətinə də təzyiq göstərir.
Həmçinin, İran prezidenti İbrahim Rəisinin ölümü xəbərindən sonra Avropada qazın qiyməti tədricən artmağa başlayıb.
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024