40-a yaxın hotelə nöqsanları aradan qaldırılmaq üçün müddət verilib

16:41 - 23.05.2024


23 may, Fineko/abc.az. COP29 kimi bir tədbirin yüksək səviyyədə keçirilməsini təmin etmək və texniki-təşkilati baxımdan turizm sənayesinin tam hazır vəziyyətə gətirilməsi üçün işlərə başlanılıb.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova mətbuat konfransında deyib.

“Belə ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən 300-dən artıq yerləşmə vasitəsi audit olunub və onlardan 200-ə yaxını təsnifatdan keçirilərək ulduz dərəcəsi əldə edib. Ulduz təsnifatından keçməyən 40-a yaxın hotelə nöqsanları aradan qaldırılmaq üçün müddət verilib. Hazırda regionlarımızda yerləşən hotellərdə də ulduz təsnifatı üzrə işlərə başlanılması nəzərdə tutulur”, – deyə A.Hüseynova əlavə edib.