Mayın 24-də Azərbaycan və Ermənistan sərhədçiləri hərbçiləri əvəz edəcəklər

09:59 - 24.05.2024


24 may, Fineko/abc.az. Mayın 24-də erməni sərhədçiləri Tavuş vilayətində Azərbaycanla sərhəddə ərazini qorumağa başlayacaq.

ABC.AZ xəbər verir ki, sahənin uzunluğu yeddi kilometrdir.

Sərhəd Qoşunları Tavuş vilayətinin Qızılhacılı (Berkaber) (1,9 km), Əskipara (Voskepar) və Baqanis Ayrım (4,9 km) kəndlərindən sərhəd mühafizəsini öz üzərinə götürəcəklər. Güney (Kirants) kəndi yaxınlığında (5,8 km) dövlət sərhədinin bir hissəsinin qorunması 24 iyul 2024-cü il tarixinədək "keçid sxemi ilə" gedəcək.

Eyni şəkildə, mayın 24-dən etibarən Azərbaycan sərhədinin qarşı hissələrinin mühafizəsini Azərbaycan sərhədçilərinin bölmələri həyata keçirəcək.