Azərbaycanda investisiya şirkəti tam olaraq satıldı

10:48 - 24.05.2024


24 may, Fineko/abc.az. “MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin səhmdarı dəyişib.

ABC.AZ xəbər verir ki, yeni səhmdar Samir Xəlilov Əlövsət oğludur. O səhmlərin 100%-ni əldə edib.

Hazırda şirkətin nizamnamə kapitalı 1 milyon 110 min manatdır.

Buna qədər investisiya şirkətinin səhmdarlar Anar Nəbiyev (40%), Cəmşid Novruzov (34%) və Zərifə Həsənova (26%) adlı fiziki şəxslər idi. Buna qədər şirkətin nizamnamə kapitalı 550 min manat idi.

“MFX-Trading İnvestisiya Şirkəti” ASC vaxtı ilə “MuğanBank” ASC-yə yaxın strukturda yaradılmışdı.

Şirkətin rəhbərliyində də dəyişiklər olub. Cari ayın ilk yarısında səhmdarların ümumi yığıncağının qərarına əsasən İdris Məmmədov Elman oğlu və Əhməd Məmmədov Kavı oğlu “MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının üzvlüyündən çıxarılıblar.

Onların yerinə yalnız bir təyinat gerçəkləşəcək. Tural Bayramov Bəşir oğlu Müşahidə Şurasının üzvü seçilib. Tural Bayramov 2024-cü ilin əvvəlinə qədər “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru idi