Bu ölkədə qadınlar üçün bir iş gününü iki saat azaltmaq təklif olunur

11:22 - 24.05.2024


24 may, Fineko/abc.az. Dövlət Dumasının vitse-spikeri Boris Çernışov (LDPR) Rusiya Federasiyasının əmək və Sosial Müdafiə naziri Anton Kotyakova müraciət edərək, orta əmək haqqını saxlamaqla qadınlar üçün cümə iş gününü iki saat azaltmağı təklif edib.

ABC.AZ xəbər verir ki, Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyinin 2023-cü ilin mart ayına olan məlumatına görə, qadınlar Rusiyadakı bütün işçi qüvvəsinin 49%-ni təşkil edir ki, bu da dünya praktikasında ən yüksək göstəricilərdən biridir.

"İş saatlarının artması əsasən qadınların iqtisadi fəallığının artması hesabına baş verib: 2022 – ci illə müqayisədə onların iş həftəsi 27 dəqiqə, kişilərdə isə cəmi 4 dəqiqə artıb", — deyə Çernışov bildirib.

Dövlət Dumasının vitse-spikeri xatırladıb ki, qadınlar ev işlərinin əksəriyyətini yerinə yetirir və uşaqlara qulluq edirlər. Bu da gündə təxminən altı saat vaxt təşkil edir.

Çernışov hesab edir ki, təşəbbüsün qəbul edilməsi qadınlara həftə sonları daha yaxşı istirahət etməyə və ailəsi ilə keyfiyyətli vaxt keçirməyə imkan verəcək ki, bu da Rusiyadakı demoqrafik vəziyyətə müsbət təsir göstərəcək.