2026-cı ilin sonuna kimi Laçına 12 mindən çox insan qaytarılacaq

11:22 - 24.05.2024


24 may, Fineko/abc.az. 2026-cı ilin sonuna kimi 12 mindən çox insanı Laçına qaytarmaq niyyətindəyik.

ABC.AZ xəbər verir ki, bunu Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçında Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin iştirakı ilə COP29-la əlaqədar təqdimat mərasimində çıxışı zamanı deyib.

“2022-ci ilin sentyabrından Laçında 700-dən çox ev və yaşayış kompleksi yenidən qurulub. Biz fəxr edirik ki, işğal zamanı xarabalığa çevrilmiş Laçın Azərbaycanın gözəl  guşələrindən birinə çevrilib. Bir il əvvəl ilk keçmiş məcburi köçkünlər vətənə qayıtdılar. Onları şəxsən cənab Prezident İlham Əliyev qarşıladı və yeni evlərinin açarlarını təqdim etdi. Artıq 730 ailə, 2766 nəfərdən çox insan Laçın rayonuna qayıdıb. Qısa müddətdə Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurularaq azərbaycanlı keçmiş məcburi köçkünlərin ixtiyarına verildi. Burada insanların rahat yaşaması üçün hər cür şərait yaradılıb”, – o qeyd edib.