Britaniya şirkəti Xankəndinin Baş Planını hazırlayacaq

11:33 - 24.05.2024


24 may, Fineko/abc.az. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Böyük Britaniya şirkəti Chapman Taylor LLP ilə 3 milyon manatlıq müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilədə Xankəndi şəhərinin Baş planının hazırlanması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 2 874 187.23 AZN təşkil edir.