Azərbaycanda bu sığorta üzrə yığımlar kəskin azalıb

11:48 - 24.05.2024


24 may, Fineko/abc.az. Azərbaycanda sərnişinlərin icbari fərdi qəza sığortası üzrə yığımlar kəskin azalıb.

ABC.Az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 20 min manat təşkil edib.

Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27 min manat və ya 2,3 dəfə azdır. 2023-cü ilin yanvar-aprel aylarında bu göstərici 47 manat təşkil edib.