Azərbaycanda qadınların orta maaşı kişilərdən azdır - Komitə sədri

12:22 - 24.05.2024


24 may, Fineko/abc.az. 2023-cü ildə Azərbaycanda qadınların və kişilərin orta aylıq nominal əməkhaqqı müvafiq olaraq 739 manat və 1 067 manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

“Bu göstəricilərdə yəgin ki, payıza doğru dəyişikliklər baş verəcək. Əmək bazarında aparılan monitorinqlər nəticəsində məlum olur ki, qadınların payı artmaqdadır”, – deyə o qeyd edib.

“Hazırda ölkədəki fərdi sahibkarların 23 %-i qadınlar, 77 %-i isə kişilərdir. Bu nisbətin qadınların xeyrinə dəyişməsi, onların maliyyəyə əlçatanlığının artırılması istiqamətdə müsbət addımlar atılır. Yeri gəlmişkən, banklarda çalışanların 38 %-i qadınlar, 62 %-i kişilərdir”, – deyə B.Muradova əlavə edib.