Dövlət Toxum Fondu işçilərinin maaşını vermir

12:28 - 24.05.2024


24 may, Fineko/abc.az. Artıq 3 aydır Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Toxum Fondunda əməkhaqqı verilmir.

ABC.AZ xəbər verir ki, bu barədə daxil olan məlumatda bildirilir.

Məlumatı göndərən şəxs adıçəkilən qurumda çalışır.

Onun sözlərinə görə, burada 84 nəfər əməkdaş işləyir: “Onların arasında müharibə veteranı, əlillər, tək ana, ailəsini yalnız bu maaşla dolandıran insanlar çalışır”.

O da bildirilir ki, Dövlət Toxum Fondunun gələcək aqibəti naməlumdur: “Belə ki, işçiləri işdən azad edib 5 nəfər işçi saxlamaq mübahisələri gedir. Hətta işdən çıxan adamların son haqq-hesabları dəfələrlə üst qurumlar tərəfindən söz verilsə belə, ödənilməyib. Bununla bağlı, məlumatı işıqlandırsanız çox məmnun olardıq”.

Adıçəkilən qurumun mətbuat xidməti məsələyə münasibət bildirmədi.(İndex.az)