Cənubi Koreya çip istehsalına 19 milyard dollar ayırdı

14:44 - 24.05.2024


24 may, Fineko/abc.az. Cənubi Koreya çip istehsalına dəstək üçün rekord 26 trilyon von (19 milyard dollar) ayırdığını elan edib.

ABC.AZ xəbər verir ki, sözügedən məsələ üçün prezident Yun Sok Yol Dövlət İnkişaf Bankı vasitəsilə 17 trilyon von (12.5 milyard dollar) məbləğində maliyyə dəstəyi proqramının planlaşdırıldığını bildirib.

“Hamımızın bildiyi kimi, yarımkeçiricilər total milli müharibənin getdiyi bir sahədir. Qələbə və ya məğlubiyyət kimin qabaqcıl yarımkeçiricilər yarada biləcəyindən asılıdır”, – deyə Cənubi Koreya Prezidenti ən yüksək vəzifəli hökumət rəsmiləri ilə görüşdə qeyd edib.