“Kontinent İnşaat” MMC-nin dövlət 5 milyon manatdan çox borcu var

15:14 - 24.05.2024


24 may, Fineko/abc.az. “Kontinent İnşaat” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında qeyd edilib.

Məlumata əsasən, “Kontinent İnşaat” MMC-nin vergi borcu 5 456 965 manatdır. Bu vergi borcu 23.05.2024-cü il tarixinə olan məlumatdır.

Qeyd edək ki, bu şirkət 2010-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Araz Mahmudovdur.