Azərbaycanda kvotadan əlavə iş yerləri açıla bilər

16:16 - 24.05.2024


24 may, Fineko/abc.az.  Azərbaycanda kvotadan əlavə iş yerlərinin açılması nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 24-də keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bununla bağlı layihə hazırlanaraq aidiyyəti üzrə göndərilib, razılaşma mərhələsindədir.

M.Abbasbəyli vurğulayıb ki, hazırda hökumətdə müzakirə olunan üç aktiv layihə var:

“Bunlar məqsədli proqrmalar, sosial müəssisələrin yaradılması və kvotadan əlavə iş yerləridir. Hər üç layihə bütün mərhələlərdən keçib, Administrasiyada yekun müzakirə mərhələsindədir. İnanırıq ki, yaxın vaxtlarda sizin müzakirənizə təqdim olunacaq”.