Türkiyə XİN: Türkiyə Aİ ilə viza rejiminin sadələşdirilməsi üzrə danışıqları intensivləşdirmək istəyir

16:18 - 24.05.2024


24 may, Fineko/abc.az. Türkiyə Avropa İttifaqı ilə müxtəlif səviyyələrdə dialoqu davam etdirir və viza rejiminin sadələşdirilməsi məsələsinin müzakirəsini gücləndirməyi zəruri hesab edir.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib. 

"Türkiyə viza mövzusunda qalan 4-5 məsələni həll etmək üçün parlament və idarələr səviyyəsində iş aparır. Onları həll etdikdən sonra prosesi başlamaq mümkün olacaq. Son vaxtlar Aİ-də viza məsələləri ilə bağlı ciddi problem yaranıb. Biz bunu Avropalı həmkarlarımızla çoxdan müzakirə etmişik. Biz birbaşa Aİ ölkələri ilə danışıqlar aparırıq və bu məsələni AI qurumları ilə müzakirə edirik ki, xüsusilə biznes nümayəndələri və tələbələr üçün viza almağı asanlaşdıraq", - deyə o bildirib.