Rusiya kredit üzrə gecikmiş ödənişlərə görə Türkiyədən faiz almayıb

16:35 - 24.05.2024


24 may, Fineko/abc.az. Rusiya Türkiyədən ixrac krediti üzrə gecikməyə görə faiz almamağa qərar verib, çünki ödənişlərin gecikməsinə Ankaradan asılı olmayan Qərb sanksiyaları səbəb olub.

ABC.AZ xəbər verir ki, Türkiyə Rusiyadan 726 milyon dollar məbləğində dövlət krediti alıb və 2022-ci ilə qədər bütün öhdəliklərini vaxtında yerinə yetirib. Lakin Qərbin Rusiyaya qarşı sanksiyaları səbəbindən Türkiyə 2022 və 2023-cü illərdə 111 milyon dollar həcmində ödəmə edə bilməmişdi.