Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 3% azalıb - Hesabat

16:37 - 24.05.2024


24 may, Fineko/abc.az.  2024-cü ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 milyard 980 milyon manat təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3.3 % azdır. Gömrük rüsumları üzrə daxilolmalar 757,021 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 1 146,697 milyon manat, aksizlər üzrə daxilolmalar 63,552 milyon manat, yol vergisi üzrə daxilolmalar isə  12,704 milyon manat olub.