Equinor “Troll” qaz yatağını işlənməsinə investisiya yatırıb — Məbləğ 

17:07 - 24.05.2024


24 may, Fineko/abc.az. Equinox ASA neft və qaz şirkəti Şimal dənizindəki “Troll” neft və qaz yatağının işlənməsinə 12 milyard Norveç Kronu (1,1 milyard dollar) sərmayə qoyur. 

ABC.AZ xəbər verir ki, şirkətdən verilən məlumata görə, Equinor, səkkiz quyu və əlavə boru kəmərini əhatə edəcək Troll Phase 3  kompleksinin inşasını planlaşdırır.

Layihənin birinci mərhələsinin başa çatması 2026-cı ilin sonuna planlaşdırılır. 
Troll Phase 3-ün pik gücü təxminən 7 milyard kubmetr təbii qaz təşkil edəcək. Kompleksin obyektlərinin istismara verilməsi Troll yatağında ümumi hasilatın 55 milyard kubmetrə çatdırılmasına imkan verəcək.