Onkologiya Mərkəzinin tenderi "Azəri Med"ə verildi - Şirkət 30 milyon qazanacaq

17:18 - 24.05.2024


24 may, Fineko/abc.az. Milli Onkologiya Mərkəzi “Kimyəvi dərman preparatları, sarğı materialları və reaktivlərin satın alınması” tenderinin nəticələrini elan edib. 

ABC.AZ xəbər verir ki, tenderin qalibi “Azəri Med” QSC olub.

Qalib şirkətlə 29 829 766 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “Azəri Med” QSC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur. Hüquqi ünvanı AZ1033, Bakı Şəhəri Nərimanov Rayonu, Asif Məmmədov, Ev 30 F ünvanında yerləşir.