Azərbaycanda hazır qızıl ehtiyatı 8 dəfəyədək artıb

17:28 - 24.05.2024


24 may, Fineko/abc.az. 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 1 125,9 ton qızıl istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 267.3 ton və ya 19,2% azalıb. 2023-cü ilin yanvar-aprel aylarında bu göstərici  1 393,2 ton təşkil edib.

01.05.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 493,7 ton təşkil edib ki, bu da illik müqayisədə 428,9 ton və ya 7,6 dəfə çoxdur.

Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 64,8 ton olub.