Neft bahalaşır, Brent bir barel üçün $82,13 təşkil edir

09:32 - 27.05.2024


27 may, Fineko/abc.az. Bazar ertəsi hərracda neftin etalon markalarının qiyməti artır.

London ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin dəyəri sata 09:28-də $0,29 (0,35%) artaraq bir barel üçün $82,13-a çatıb. Mayın 24-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin iyul fyuçersləri $0,76 (0,93%) artaraq bir barelə $82,12-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI iyul fyuçerslərinin qiyməti saat 09:28-də $0,28 (0,36%) artaraq bir barel üçün $78,00-a yüksəldi. Mayın 24-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin qiyməti $0,85 (1,11%) artaraq bir barel üçün $77,72-a çatıb.

Ötən həftə Brent markalı neft 2,21%, WTI isə 2,34% ucuzlaşıb.