Ukrayna krediti Rusiyanın dondurulmuş vəsaitləri hesabına qaytaracaq

10:08 - 27.05.2024


27 may, Fineko/abc.az. Ukraynanın xarici Böyük Yeddilik (G7) ölkələrinin maliyyə nazirləri Ukraynanın maliyyələşdirilməsi üçün dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə edilməsini müsbət qarşılayıblar.

ABC.AZ xəbər verir ki, bu barədə Böyük Yeddilik ölkələrinin nazirlərinin görüşünün yekunlarına dair bəyanatda qeyd edilib. Belə ki, nazirlər kreditin verilməsi ideyasını dəstəkləyiblər.

ABŞ-nin müvafiq təklifi üzrə müzakirələr İtaliyanın Stresa şəhərində keçirilib. Təklif Ukraynaya 50 milyard dollara yaxın kreditin ayrılmasına əsaslanır. Bu kredit tədricən Rusiya Mərkəzi Bankının təxminən 190 milyard dollar dəyərində aktivlərindən əldə edilən gəlirlər hesabına qaytarılacaq.

Nazirlər bu ideyanı dəstəkləyib, iyunda keçiriləcək sammitdən əvvəl kreditin necə strukturlaşdırılması ilə bağlı variantlar təqdim olunacağını bildiriblər.

Müəllif: Elmir Murad