Avropa ölkələri bu halda vergi ödəyəcəklərindən narahatdırlar

11:02 - 27.05.2024


27 may, Fineko/abc.az. Avropa ölkələri narahatdırlar ki, ABŞ-ın dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirdən Ukraynaya 50 milyard dollar kredit vermək üçün istifadə etmək planı səbəbindən Avropa vergi ödəyiciləri xərcləri çəkəcəklər. 

ABC.AZ xəbər verir ki, Avropada ABŞ-ın təklifinə razılığın Vaşinqtona "piar qələbəsi" gətirəcəyindən qorxurlar, amma nəticədə bütün xərclər Avropa ölkələri tərəfindən çəkiləcək.

Plana görə, illik aktiv mənfəəti krediti ödəmək üçün istifadə ediləcək, lakin Avropa rəsmiləri aktivlərin Rusiyaya qaytarılması halında ehtiyat plan hazırlamaq istəyirlər. G7-yə daxil olan AB üzvləri (Almaniya, Fransa və İtaliya) ABŞ-dan tələb ediblər ki, Ukraynanın hərbi əməliyyatlar bitdikdən sonra borcuna xidmət edə bilməyəcəyi təqdirdə, Avropa vergi ödəyicilərinin "qırmaqda qalmayacağına" zəmanət versinlər.