Azərbaycanda ən az maaş bu rayonlardadı - Siyahı

11:28 - 27.05.2024


27 may, Fineko/abc.az. 2024-cü ilin yanvar-mart ayları üzrə Azərbaycanda orta aylıq əmək haqqı 985,3 manata bərabər olub.

ABC.AZ xəbər verir ki, ən yüksək maaş həmişəki kimi, paytaxt Bakıdadır – 1 243,7 manat.

Ölkədə ən aşağı maaşlar isə 600 manatdan da aşağıdır.

Belə ki, orta aylıq maaşın daha az olduğu rayon Qaxdır - 538,2 manat.

Ağdaşda orta maaş 570,5 manat, Xızıda isə 578,4 manatdır.

Ümumiyyətlə ölkədə 1 rayonda orta aylıq əmək haqqı 600 manatdan aşağıdır.