Azərbaycan banklarındakı əmanətlər azalıb, ya artıb?

11:46 - 27.05.2024


27 may, Fineko/abc.az. 2023-cü ilin mayın1-nə Azərbaycan banklarındakı əmanətlər 35 milyard 361,1 milyon manat həcmində olub.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, həmin göstərici 1 ay əvvəl ilə müqayisədə 548,3 milyon manat və ya 3,3% çoxdur.

Qeyd edək ki, bu ilin aprelin1-nə əmanətlər 34 812,8 milyon manat həcmində olub.

Əmanətlər 14 389,2 milyon manatını xarici valyutada olan vəsaitlər təşkil edib. Bu vəsaitlər də aylıq müqayisədə 606,9 milyon manat (4,4%) artıb.

Belə ki, ötən ilin sonu ilə müqayisədə isə ümumi əmanətlər 811 milyon manat və ya 2,3%, xarici valyutada olan əmanətlər isə 1 milyard 111 milyon manat və ya 8,4% artıb.