Dövlət büdcəsinə dəyişiklik niyə edildi? - Səbəblər

12:30 - 27.05.2024


27 may, Fineko/abc.az. 2024-cü il dövlət büdcəsinə dəyişiklik edilməsinin səbəbləri açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanunda dəyişiklikliyin müzakirə zaman məlumat verib.

- Böyük Qayıdış Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatının yaradılması,

- ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərqərar edilməsindən sonrakı dövrdə də dövlətin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi,

- ordumuzun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasıdır.