Azərbaycanda daha bir lombard şirkəti yaradılıb

14:22 - 27.05.2024


 27 may Fineko/abc.az. Azərbaycanda yeni lombard şirkəti təsis edilib.

ABC.AZ xəbər verir ki, bu, “İnci Kredit Lombard” MMC-dir. Lombard şirkəti Gəncə şəhəri, Əbül-Üla Gəncəvi, ev 232-də dövlət qeydiyyatına alınıb.

Şirkətin nizamnamə kapitalı 100 manat olmaqla, onun direktoru Ruslan Verdiyev Naydis oğludur.