Nazir müavini Azərbaycanın əsas məqsədlərini açıqladı

14:35 - 27.05.2024


27 may, Fineko/abc.az. Bizim qarşımızda duran əsas məsələlərdən biri ölkəmizdə istehsal edilən yaşıl enerjinin Avropa ölkələrinə ixracı üçün zəruri infrastrukturun qurulmasıdır.

ABC.AZ xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev Bakıda keçirilmiş "COP29 və “Yaşıl dünyada həmrəylik ili” çərçivəsində konfrans zamanı çıxışında deyib.

O bildirib ki, hazırda 3 dəhliz üzərində iş aparılır:

“Birinci istiqamət “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi, ikinci istiqamət Zəngəzur dəhlizi, üçüncü istiqamət isə Mərkəzi Asiya ölkələrindən yaşıl enerji resurslarının Avropaya ixrac edilməsidir”.