Rusiya qazının Özbəkistana tədarükü artırıla bilər

14:54 - 27.05.2024


27 may, Fineko/abc.az. Lazım olarsa, RF Özbəkistana qaz tədarükünü artırmağa hazırdır.

ABC.AZ əbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

"Ayrıca qeyd edim ki, 7 oktyabr 2023-cü il tarixində bizi sizinlə və Qazaxıstan Prezidenti ilə Qazaxıstan ərazisindən Özbəkistana Rusiya qazının tədarükünün başlanmasına start vermişdik. Hazırda ixrac qrafikdən çox irəlidə aparılır, lazım gələrsə bu həcmi artırmağa hazırıq", - deyə Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə geniş tərkibdə danışıqlarda bildirib.