AliExpress, Devid Bekxem ilə internet dükanın isrəliləyişi üçün müqavilə imzaladı

15:24 - 27.05.2024


27 may, Fineko/abc.az. Texnologiya nəhəngi Alibaba-ya məxsus AliExpress, onlayn mağazanı tanıtmaq üçün keçmiş futbolçu Devid Bekxem ilə müqavilə imzalayıb.

ABC.AZ xəbər verir ki, müqavilənin məbləği açıqlanmayıb, lakin məlumdur ki, Bekxem 14 iyun— 14 iyul 2024-cü il tarixlərində Almaniyada keçiriləcək Avropa Futbol Çempionatı zamanı AliExpress reklam kampaniyasının ambassadoru olacaq. AliExpress UEFA-nın qarşıdakı futbol turnirində sponsorudur.

Məlumata görə, Alibaba və Devid Bekxem arasındakı razılaşma Çinin rəqibi PDD Holdings Temu və onlayn moda startapı Sheın-in sürətli qlobal genişlənməsi fonunda baş verir.