Büdcə gəlirləri artırılır

15:31 - 27.05.2024


27 may, Fineko/abc.az. Büdcə gəlirləri neft sektoru üzrə gəlirlər 3.5 faiz, qeyri-neft sektoru üzrə isə 9.3 faiz artırılır.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 27-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2024-cü ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 605 milyon manat və ya 3.5 faiz artırılır ki, bu da 2023-cü ilin icra göstəricisinə nisbətən 387.4 milyon manat (2.1 faiz) azdır. Qeyri-neft sektoru üzrə gəlirlər isə təsdiq olunmuş göstəricilərlə müqayisədə 1 milyard 575 milyon manat və ya 9.3 faiz artırılır ki, bu da 2023-cü ilin icra göstəricisinə nisbətən 1 milyard 504 milyon manat (8.8 faiz) çoxdur. Azərtac