Mərkəzi Bankda yeni təyinat - Vüsal Xəlilov baş direktor oldu

16:21 - 27.05.2024


27 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə Vüsal Cahangir oğlu Xəlilov 2024-cü ilin may ayından etibarən Bankın baş direktoru vəzifəsinə təyin edilib.

ABC.AZ Banka istinadən xəbər verir ki, bununla da AMB-də 10 baş direktor olacaq.

Vüsal Xəlilov 1987-ci ildə Şəki şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.

O, əmək fəaliyyətinə 2009-cu ildə “ICL” MMC-də texniki mütəxəssis kimi başlayıb, 2010-2011-ci illərdə “İnfosecurity” MMC-də aparıcı veb-proqramçı vəzifəsində çalışıb, 2011-2016-cı illərdə “Azercell Telekom” MMC-də İnformasiya Kommunikasiya Texnologiyaları departamentində kiçik proqramçı, proqramçı, aparıcı proqramçı, 2016-2018-ci illərdə isə həmin şirkətdə Məhsul və Xidmətin Yaradılması bölməsinin rəhbəri olub, 2018-2020-ci illərdə “PAŞA Bank” ASC-də Rəqəmsal Laboratoriya departamentinin Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri işləyib, 2021-ci ilin yanvar ayından indiyə qədər Bankın Texnologiya blokunun baş direktoru vəzifəsini icra edib.