Taleh Kazımova daha bir müşavir təyin edildi

16:36 - 27.05.2024


27 may, Fineko/abc.az. 2024-cü ilin may ayından etibarən Akif Mustafa oğlu Bağırov Azərbaycan Mərkəzi Bankının sədrinin müşaviri təyin edilib.

Bu barədə ABC.AZ-a Mərkəzi Bankdan məlumat bildirilib. Bununla da AMB-nin İdarə Heyəti sədri Taleh Kazımovun üç müşaviri olacaq.

1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.

2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr və 2014-cü ildə isə həmin universiteti eyni ixtisas üzrə magistr dərəcələri ilə bitirmişdir.