“Saudi Aramco” səhmlərinin kiçik hissəsinin satışı iyun ayında baş tuta bilər

16:49 - 27.05.2024


27 may, Fineko/abc.az. Səudiyyə Ərəbistanı milli neft nəhəngi “Saudi Aramco”nun bir sıra səhmlərinin milyardlarla dollarlıq satışını həyata keçirəcək.

ABC.AZ xəbər verir ki, əməliyyat iyun ayında planlaşdırılır.

Satışa təxminən 10 milyard dollar dəyərində səhmlər hazırlanır.

Məlumdur ki, yerləşdirmə ər-Riyaddakı birjada aparılacaq, qısa müddətdə həyata keçiriləcək. Hazırda əməliyyat üçün hazırlıq gedir və onun detalları hələ də dəyişə bilər. Razılaşmanı Citigroup, Goldman Sachs və HSBC bankları müşayiət edəcək.

Saudi Aramco, səhmlərinin 90%-dən çoxuna sahib olan Səudiyyə hökumətinin nəzarəti altında qalır. Lakin SƏK Dövlət Neft Şirkətinin əsas işi— neft və qaz hasilatı (məsələn, neft-kimya hesabına) tədricən şaxələndirilir.

“Aramco” əvvəllər 31 milyard dollar dividend ödəmək planını açıqlamışdı, baxmayaraq ki, 2024—cü ilin I rübü üzrə mənfəət neft qiymətləri və satışlarının azalması səbəbindən gözləniləndən daha aşağı idi.