Finlandiyada situativ kosmik mərkəzi yaradılacaq

17:22 - 27.05.2024


27 may, Fineko/abc.az. Finlandiya Nəqliyyat və Rabitə Nazirliyi ölkədə situativ Kosmik Mərkəzinin yaradılması ilə bağlı qanun layihəsini təqdim edib. 

ABC.AZ xəbər verir ki, bu təklif parlament tərəfindən təsdiqlənərsə və hökumət tərəfindən lazımi maliyyə ayrılarsa, mərkəzin yaradılmasına 2025-ci ildə başlanacaqdır.

Məlumata görə, Mərkəz Finlandiyanın tərəfdaş ölkələri ilə əməkdaşlıqda və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində kosmosdakı vəziyyət barədə məlumat hazırlayacaq.

Təklifə əsasən, mərkəzin mülki hissəsi Milli Meteorologiya İnstitutunda, hərbi hissəsi isə Müdafiə Qüvvələrində yaradılacaq. Hazırda Finlandiyada belə bir təşkilat yoxdur.