Yeni bank troyanı onlayn bankinqə qoşulur və yazışmaları oğurlayır

17:52 - 27.05.2024


27 may, Fineko/abc.az. Android üçün istifadəçi məlumatlarını və yazışmalarını oğurlayan yeni Antidot bank troyanı peyda olub. 

ABC.AZ xəbər verir ki, virus cihazlara məsafədən qoşulur, klaviş vuruşlarını və ekrandakı hər hansı bir hərəkəti izləyir. O, həmçinin bank kartı məlumatlarını ələ keçirə və həm onlayn bankçılığa, həm də ödəniş sistemlərinə daxil ola bilər. Bundan əlavə, zərərli proqram zəngləri yönləndirə, kontaktlar və mesajlar toplaya, cihazları kilidləyə və kilidini aça bilər. Kibercinayətkarlar zərərli proqramı Google Play yeniləməsi adı ilə təqdim edirlər.