Neft bahalaşır, Brent bir barel üçün $84,44 təşkil edir

09:35 - 29.05.2024


29 may, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti çərşənbə günü hərracda artır.

London ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin dəyəri saat 09:32-də $0,22 (0,26%) artaraq bir barel üçün $84,44-a çatıb. Mayın 28-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin iyul fyuçersləri bir barel üçün $1,12 (1,35%) artaraq $84,22-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin iyul fyuçerslərinin qiyməti 09:32-dək $0,29 (0,36%) artaraq bir barel üçün $80,12-a çatıb. 28 may ticarətinin nəticələrinə görə, WTI neftinin iyul fyuçerslərinin qiyməti $1,11 (1,41%) artaraq bir barel üçün $79,83-a yüksəldi.